ELM

Yeni kosmik cihazlar yadplanetliləri qeydə alacaq

© AFP 2024 / HO/NOAAYür kürəsinin kosmosdan görünüşü
Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Kosmik Stansiyada kosmik məkanı daha aydın görməyə imkan verən kameralar təkmilləşdirilir.

BAKI, 25 noyabr — Sputnik. Ufoloqlar 30 il əvvəl Yer səthində UNO-ların olduğu barədə növbəti dəfə sübutlar göstəriblər. Onların sözlərinə görə, müasir texnologiya kosmosda inoplanetar subyektləri aşkarlamağa imkan verir.

Hazırda Beynəlxalq Kosmik Stansiya (BKS) kosmik məkanı daha yaxşı müşahidə etməyə imkan verən kameraların təkmilləşdirilməsilə məşğuldur. Əgər yadplanetlilərin rəsmi görüntülərinin ilk dəfə lentə alındığı 30 il əvvəli — 1987-ci ili xatırlasaq, o zaman BKS və kameralar yox idi. Ona görə də həmin vaxt yadplanetlilərin Yeri ziyarət etməsinin dəqiq müşahidəsini aparmaq mümkün deyildi.

NASA tərəfindən 30 il əvvəl çəkilmiş şəkillərə gəlincə, ufoloqlar hesab edirlər ki, üçbuçaq formalı həmin müəmmalı obyekt yadplanetlilərin gəmisi olub.

İş ondadır ki, çəkilişlərin lentləri yaxşı vəziyyətdə deyil. Ona görə də mütəxəssislər iddia edirlər ki, bu şəkildə görünənlər əvvəllər deyildiyi kimi Yerin insanlar tərəfindən hazırlanmış süni peykləri deyil. Onlar yadplanetlilərə məxsusdur. Amma onların aydın görünməməsi iddiaları sübuta yetirməyə imkan vermir.

BKS-yə yerləşdirilmiş müasir kameralar isə inoplanetar həyatla bağlı kosmosda baş verənləri izləməyə imkan verəcək. "Biz yaxında onların kosmosdakı hərəkət trayektoriyalarını və ola bilsin ki, özlərini daha aydın şəkildə lentə ala bildik" — deyə NASA-nın mətbuat xidməti bildirib.

Xəbər lenti
0