CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti qalmaqalında qəribə dönüş: 14 mərtəbəli yaşayış binası yerinə 3 mərtəbəli bağça

© Sputnik / Irade JELILYasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar - Sputnik Azərbaycan
Abunə olmaq
Həyətdə 2 bloklu daha bir yaşayış binası tikilərsə, tikinti sıxlığı əmsalı 3 dəfədən də artıq olacaq ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarına ziddir

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan bir qrup sakini qəbul edib. Bu barədə Sputnik Azərbaycan-a sakinlər özləri məlumat verib.

© © Foto sakinlər tərəfindən təqdim olunubDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova göndərdiyi məktub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova göndərdiyi məktub  - Sputnik Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova göndərdiyi məktub

Onların sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri A.Ələsgərov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova 15.11.2017-ci il tarixdə məktub göndərib. Məktubda bildirlir ki, "Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 07.06.2016-cı il tarixli və 11.04.2017-ci il tarixli məktublarla sözügedən ərazidə aparılacaq yenidənqurma işləri ilə bağlı Komitəyə 2 variantda ərazi tikinti planlaşdırma eskizi təqdim edilib. Yasamal RİH 11.04.2017-ci il tarixli məktubu ilə təqdim olunan və yeni çoxmərtəbəli yaşayış binaları əlavə edilməklə ikinci variantda hazırlanmış ərazi tikinti planlaşdırma eskizi layihəsində tikinti sıxlığı əmsalı normadan iki dəfədən artıq olduğunu nəzərə alaraq planlaşdırma ərazisində tikinti sıxlığı əmsalının azaldılması məqsədi ilə tikinti şikayət predmeti olan həmin 2 bloklu 14 mərtəbəli binanın əvəzinə 3 mərtəbəli qeyri-yaşayış obyektinin (uşaq bağçası) nəzərdə tutulması məqsədəuyğun hesab edilib".

© © Foto sakinlər tərəfindən təqdim olunubBŞİH-in cavab məktubu
BŞİH-in cavab məktubu - Sputnik Azərbaycan
BŞİH-in cavab məktubu

Sakinlər hesab edir ki, komitə sədrinin paytaxt merinə ünvanladığı məktubla sakinlərin haqlı olduğu bir daha öz təsdiqini tapır: "Azərbaycan Respublikasında şəhərsalma və ərazi planlaşdırmasını həyata keçirən və bu fəaliyyətə nəzarət edən səlahiyyətli orqan olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyətdə yalnız 3 mərtəbəli uşaq bağçasının tikiliməsini məqsədəuyğun hesab edir və ardıcıl olaraq bundan əvvəlki 5 məktubunda göstərdiyi mövqeyini bir daha təsdiqləmiş olur. H.Abutalıbov da sakinləri qəbul zamanı Komitənin mövqeyinin Rayon İcra Hakimiyyətləri tərəfindən nəzərə alınmasının vacibliyini bildirərək, həyətdə yaşayış binasının tikintisinin yolverilməzliyinə dair səlahiyyətli orqanın rəyinin nəzərə alınmasını vurğulayıb. Dövlət Komitəsinin mövqeyi ondan ibarətdir ki, "ELITE CITY" MMC tərəfindən Yasamal rayonu 568-ci məhəllədə aparılan yeni tikinti işləri nəticəsində ərazinin tikinti sıxlığı əmsalı hazırki vəziyyətdə normadan 2 dəfədən artıqdır. Üstəlik, həyətdə 2 bloklu daha bir yaşayış binası tikilərsə, tikinti sıxlığı əmsalı 3 dəfədən də artıq olacaq ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarına ziddir".

Xatırladaq ki, Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər həyətdə " Elite City" tikinti şirkətinin yaşayış binası tikintisindən narazıdır. Onlar hesab edir ki, yaşadıqları binalarla tikiləcək binalar arasında ara məsafəsi normadan 2 dəfə az qalmaqla yanaşı, tikinti sıxlığı normadan 2 dəfədən artıqdır. Buna görə, onlar iddia edir ki, yeni bina tikildikdən sonra həyətdə orada hərəkət etmək mümkünsüz olacaq, yaşıllıqlar məhv ediləcək, uşaqların oynaması və yaşlıların istirahəti üçün yer qalmayacaq, yanğın və digər fövqəladə hallar zamanı qəza-xilasetmə maşınları həyətdə hərəkət edə bilməyəcək.

Xəbər lenti
0