Rusiya səfirinin qətlində TRT izi

© REUTERS / Ümit BektaşPolis, Rus Büyükelçi Karlov'un öldürüldüğü bölgede geniş güvenlik önlemleri aldı.
Polis, Rus Büyükelçi Karlov'un öldürüldüğü bölgede geniş güvenlik önlemleri aldı. - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı Türkiyənin dövlət telekanalı TRT yazılı açıqlama verib

BAKI, 25 noyabr — Sputnik. Rusiyanın Ankaradakı sabiq səfiri Andrey Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edilib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki,

TRT Avazda yayımlanan "Eko Avaz” adlı proqramın prodüseri H.A. "qəsdən adam öldürmə” maddəsi ilə saxlanılıb.

Məsələ ilə bağlı Türkiyənin dövlət telekanalı TRT yazılı açıqlama verib: "Sözügedən şəxsin kanalımızla birbaşa əlaqəsi yoxdur. Proqram hadisədən 2 il əvvəl, 2014-cü ilin dekabrında dayandırılıb".

Qeyd edək ki, 2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov rəsm sərgi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilib.

Xəbər lenti
0