BAKI, 25 noyabr — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
YAP-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Baş nazirinin müavini, partiyanın sədr müavini — icra katibi Əli Əhmədov tədbirdə çıxış edib.
Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və hərtərəfli fikir mübadiləsi aparılıb. Müşavirədə həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyyələri rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılıb.