Vətəndaş müharibəsinin qarşısını almaq üçün ordu paytaxta çağırıldı

© REUTERS / STRPakistanda iğtişaş
Pakistanda iğtişaş - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər naziri ordunu paytaxtda təhlükəsizliyin qorunması üçün hərəkətə keçməyə çağırıb

BAKI, 25 noyabr — Sputnik. Pakistanda polis, məhkəmə tərəfindən ləğv edilən seçki məcəlləsindəki dəyişikliyə etiraz edən aksiyaçılara qarşı əməliyyat keçirilib.

Bu gün təxminən 8 min nəfər hüquq-mühafizə orqanı əməkdaşı əsasən "Ləbbeyk Ya Rəsulallah" hərəkatının üzvlərindən ibarət olan etirazçılara müdaxilə edib. Müdaxilənin nəticəsi uğursuz olub.

Beləliklə, Pakistanın paytaxtı İslamabadda seçki məcələlləsindəki dəyişikliyə etiraz etmək üçün başlayan aksiyalarda, etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmada 2 nəfər ölüb, 250-dən artıq insan isə yaralanıb.

Bunun ardınca Pakistan daxili işlər naziri ordunu paytaxt İslamabadda təhlükəsizliyin qorunması üçün hərəkətə keçməyə çağırıb.

Xəbər lenti
0