Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnsan ömrünü uzadan maddə bu qidada tapıldı

CC0 / StockSnap / WineQırmızı şərab, arxiv şəkli
Qırmızı şərab, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Eksperimentin nəticələri BMC Cell Biology jurnalında dərc olunub.

BAKI, 25 noyabr — Sputnik. Böyük Britaniya alimləri eksperiment zamanı köhnə hüceyrələri cavanlaşdıran üsul aşkar ediblər. Alimlər bunu hətta "möcüzə" adlandırıblar.

Eksperiment zamanı köhnə hüceyrələr fəal böyünməyə və cavan kimi görünməyə başlayıb və onların telomerləri uzanıb. (Bu telomerlər xromosomların qurtaracağında yerləşir və orqanizmin qocalması nəticəsində getdikcə qısalır.)

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, eksperimentin nəticələri BMC Cell Biology jurnalında dərc olunub.

Alimlər araşdırma zamanı hüceyrələrə "resveratrol" adlı maddə ilə təsir edirdilər. Bu maddə təbii şəkildə qırmızı şərabda, qırmızı üzümdə, tünd şokoladda və qaragilədə var.

Xəbər lenti
0