Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mustafa: “Facebook-un ödənişli siyasətə keçməsinə təəccüblənmək lazım deyil”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, bu biznes layihəsi olduğu üçün normaldır

Fazil Mustafa: “Facebook informasiyanın kəşfiyyat xarakterli bir mərkəzdə mənimsənilməsi deyil”
Son zamanlar Facebook sosial şəbəkəsində paylaşımların az insana çatması istifadəçilərdə narazılıq yaradıb. İstifadəçilər problemin Facebook-un ödənişli siyasətə keçməsi ilə əlaqələndirirlər.

Facebook-dan fəal istifadə edən millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a deyir ki, şəbəkənin ödənişli siyasətə keçməsi normaldır: 

“Bu biznes layihəsidir. Facebook təkcə informasiyanın kəşfiyyat xarakterli bir mərkəzdə mənimsənilməsi deyil. Bu həm də insanlara informasiyalarını daha geniş kütləyə yaymaq üçün sövqedici addım ola bilər. Düşünürəm ki, buna normal yanaşmaq lazımdır. Hər bir şeyin sonda maddi dəyəri var. Bu məsələyə təəccüblənmək lazım deyil”. 

Xəbər lenti
0