Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Sən supersən! Rəqslər"in azərbaycanlı iştirakçısı çıxışından nə gözləyir?

Abunə olmaq
Layihənin canlı canlı yayımı Bakı vaxtı ilə saat 22.00 başlayacaq

Bu gün "Sən supersən! Rəqslər" layihəsinin səhnəsində Azərbaycanı təmsil edən Abbasqulu Səfərov dörddə bir mərhələsində çıxış edəcək. Müxbirimiz səhnəyə çıxmazdan öncə iştirakçı ilə söhbətləşə və çıxışdan gözləntilərini öyrənə bilib.

Abbasqulunun yarımfinala keçib-keçməyəcəyini artıq bir neçə saatdan sonra NTV telekanalı və Sputnik portalında izləmək mümkün olacaq. Layihənin canlı canlı yayımı Bakı vaxtı ilə saat 22.00 başlayacaq.

Xatırladaq ki, Azərbaycanı bu möhtəşəm layihədə, həmçinin artıq yarımfinal mərhələsinə adlamış İlkin Hüseynov və Sevinc Behbudova cütlüyü təmsil edir.

NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən! Rəqslər" müsabiqəsi MDB və Baltikyanı ölkələrdən, valideyn himayəsindən məhrum olmuş istedadlı gənc rəqqaslara öz arzularını gerçəkləşdirməyə imkan yaradır.

Xəbər lenti
0