CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xristianlar da donuz ətindən imtina edirlər - Bu gün

© Sputnik / Shahperi Abbasova"Kürmük oba” bayramı
Kürmük oba” bayramı - Sputnik Azərbaycan
Abunə olmaq
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Dünən Qax rayonunun Əmbərçay kəndində yerləşən Kürmük məbədində ənənəvi "Kürmük oba" bayramı qeyd edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində rayonun yerli sakinləri – azərbaycanlılar, ingiloylar, gürcülər, eləcə də ətraf rayonlardan gələn qonaqlar iştirak ediblər.

İştirakçılar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından başlamış dostluq şəraitində birgə məbədi ziyarət edib, dini ayinlər yerinə yetirib, qurban kəsiblər.

Qeyd edək ki, həmin gün məbəd, adi günlərdə olduğu kimi qapılarını hamının, eləcə də ölkədəki azsaylı və qonşu xalqların üzünə açır. Məbədə gələn insanlar burada Yaradana sitayiş və dua etməklə bərabər, məbədin ərazisindəki qədim daşın üzərinə arzu və istəklərini söyləyərək şam yandırırlar.

© Sputnik / Shahperi Abbasova"Kürmük oba” bayramı
Kürmük oba” bayramı - Sputnik Azərbaycan
1/3
"Kürmük oba” bayramı
© Sputnik / Shahperi Abbasova"Kürmük oba” bayramı
Kürmük oba” bayramı - Sputnik Azərbaycan
2/3
"Kürmük oba” bayramı
© Sputnik / Shahperi Abbasova"Kürmük oba” bayramı
Kürmük oba” bayramı - Sputnik Azərbaycan
3/3
"Kürmük oba” bayramı
1/3
"Kürmük oba” bayramı
2/3
"Kürmük oba” bayramı
3/3
"Kürmük oba” bayramı

Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə öz arzularının yerinə yetirilməsi üçün hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

Onu da diqqətə çatdıraq ki, sözügedən bayram ildə iki dəfə: may və noyabr aylarında qeyd edilir.

Xəbər lenti
0