CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nədir bu qara cümə? Niyə məhz cümə?"

© REUTERS / Benoit TessierQara cümə
Qara cümə - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da ildə bir dəfə keçirilən "Qara cümə" günündə məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar

BAKI, 24 noyabr — Sputnik. ABŞ-da ənənəvi olaraq ildə bir dəfə keçirilən, çılğın alış-veriş günü olaraq bilinən "Qara Cümə" (Black Friday) Türkiyədə sərt tənqid edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müşaviri Həmzə Yerlikaya açıqlama verib.

Yerlikaya "Twitter" hesabında yazıb: "Nədir bu qara cümə? Niyə məhz cümə? Halbuki cümə aydınlıq, bərəkət, bayramdır. Hüzurdur cümə. Günəşin doğduğu ən gözəl gündür. Hansı qaranlıq məqsədə xidmət edir bu ad, kimlər tərəfindən ortaya atılır?".

ABŞ-da ildə bir dəfə keçirilən "Qara cümə" günündə məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. Bu gün Amerikadan başqa daha bir neçə ölkələrdə keçirilir.

Xəbər lenti
0