BAKI, 24 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrində yeni qərar qüvvəyə minib. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, bu gündən etibarən ölkənin bütün hərbi hissələrində əsgərlər yeməkdən əvvəl "Tanrımıza həmd olsun" əvəzinə "Allahımıza həmd olsun" ifadəsini işlədəcəklər.
Edilən dəyişikliyin səbəbi də açıqlanıb: "Xalqımız gündəlik həyatında "Allaha həmd olsun" ifadəsi işlədir. 1-ci ifadə praktikada olmadığı üçün hərbi hissələrdə tərəddüdlə qarşılanır. Ona görə də belə bir dəyişikliyə qərar verildi".