BAKI, 24 noyabr — Sputnik. Azərbaycan nefti bahalaşmaqda davam edir. Sputnik Azərbaycan Fins-ə istinadən xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,59% artaraq 64,80 dollar təşkil edib.
Neftimizə paralel olaraq, manatın da qiyməti bahalaşıb. Noyabrın 24-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, nyabrn 23-ü ilə müqayisədə düşərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0152 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0291 manatda qalıb.
Qeyd edək ki, noyabrın 23-də rəsmi olaraq 1 dollar 1,7002 manata, 1 avro isə 2.0123 manata, 1 Rubl 0,0291 manata bərabər idi.