BAKI, 24 noyabr — Sputnik. Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.
Belə ki, Əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb.
Təhlükəsizlik orqanlarının məlumatına görə, pilotsuz uçan aparatlar Sinay yarımadasının şimalında içərisində sözügedən aksiyanı törətmiş terrorçular olan iki avtomobili partladıblar və nəticədə 15 terrorçu məhv edilib.
Misir dövlət televiziyasının verdiyi məlumata görə, prezident Əbdülfəttah əs-Sisi müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcək.