Eks-prezidentin oğlu: "Atamın səhhəti ağırdır"

© Flickr / Michael CoghlanСледственный изолятор. Архивное фото
Следственный изолятор. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Heç bir tibbi müdaxilə edilmir, təcili əməliyyat olunmalıdır"

BAKI, 24 noyabr — Sputnik. 5 il əvvəl hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılan, daha sonra həbs edilən Misirin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursidən yeni xəbər var. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, onun oğlu Əhməd Mursi atasının səhhətinin pis olduğunu açıqlayıb.

© AP Photo / Ahmed OmarMisirin sabiq prezidenti Məhəmməd Mursi
Misirin sabiq prezidenti Məhəmməd Mursi - Sputnik Azərbaycan
Misirin sabiq prezidenti Məhəmməd Mursi

"5 ilə yaxındır ki, zindanda olan atamın vəziyyəti pisləşib. Rejim onun diabet olduğunu çox yaxşı bilir. Heç bir tibbi müdaxilə edilmir. Təcili əməliyyat olunmalıdır" — oğul Mursi deyib.

Sabiq dövlət başçısı Məhəmməd Mursiyə ən yaxın adamlardan olan Abdulmunim Abdulmaksud mediaya açıqlayıb ki, eks-prezidentin şəkəri çox aşağı düşüb və onun həyatı üçün təhlükə yaranıb.

Xəbər lenti
0