Səudiyyə və İran arasında yeni qalmaqal: Hitler ittihamı

© AFP 2024 / KAREN BLEIERNyu York Tayms
Nyu York Tayms - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman ABŞ-ın "Nyu York Times" qəzetinə verdiyi müsahibədə İranın ali dini lideri Əli Xameneyinin yeni Hitler olduğunu iddia edib

BAKI, 24 noyabr — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman ABŞ-ın "Nyu York Times" qəzetinə verdiyi müsahibədə İranın ali dini lideri Əli Xameneyinin yeni Hitler olduğunu iddia edib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, bir başa Əli Xameneyini hədəf alan vəliəhd şahzadə, "Avropa Hitleri təcrübə etdi. Yaxın Şərqdə yeni bir Hitler istəmirik" ifadələrindən istifadə edib.

Səudiyyə Ərəbistanı və İran arasındakı gərginlik, Livanın baş nazirinin İranı günahlandıraraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa etməsinin ardından artmışdı.

Məhəmməd bin Səlman çoxlu sayda şahzadə və nazirin həbsinə münasibət bildirib: "Onlara sahib olduğumuz sənədləri göstərdik və bunları görür-görməz həbsdə olanların 95 faizi razılığa gəlmək istədi".

Səlman şahzadə və nazirlərin həbs edilməsinin siyasi rəqiblərinin təmizlənməsi üçün bir həmlə olduğu iddialarının absurd olduğunu deyib.

Xəbər lenti
0