Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Film festivalı qalibləri mükafatlandırıldı

© Photo : AZƏRTACFilm Festivalı qaliblərinin mükafatlandırılması mərasimi
Film Festivalı qaliblərinin mükafatlandırılması mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Festivala təqdim olunan 100 filmdən 15-i festivalın diplom və mükafatlarına layiq görülüb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək festival haqqında məlumat verib. Onun sözlərinə görə, festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırılmış 100-dən artıq film iştirak edib: "Filmlər peşəkar kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qitmətləndirilib. Filmlər birinci, ikinci və üçüncü yerə və Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib".

Daha sonra Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev festivalın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə,festival Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub.

Quliyev bildirilb ki, maliyyə yardımın az olmasına baxmayaraq filmlər arasında həddən artıq yaxşı filmlər var: "Festivala təqdim olunan 100 filmdən 15-i festivalın diplom və mükafatlarına layiq görülüb".

Daha sonra qalib filmlər mükafatlandırılıb. Onlar dan "25 ilin akkordları" festivalın xüsusi mükafatına, " Uçmaq istəyirəm" birinci, "Əsgər atası" ikinci, "Günahkarlar və günahsızlar" filmi isə 3-cü yerə layiq görülüb.

Xəbər lenti
0