BAKI, 24 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Modern.az xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr, Soçi sammitinin nəticələri, Suriya böhranı və regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, Türkiyə prezidenti "Twitter"dəki mikro bloqunda Ağ Evin rəhbəri ilə söhbət anının fotosunu yerləşdirərək görüşü "məhsuldar" adlandırıb.