Ərdoğandan 180 dərəcə dönüş - Əsəd hakimiyyəti ilə dialoq

© AFP 2024 / LOUAI BESHARA Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il
Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Siyasətin qapıları hər zaman açıqdır"

BAKI, 24 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion açıqlama verib. Belə ki, o, əllərdir mübarizə apardığı Suriya hakimiyyəti ilə təmas qurula biləcəyini söyləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb. Məlumata görə, dövlət başçısı Ərdoğan Soçidəki zirvədən qayıdarkən təyyarədə media təmsilçilərinin suallarını cavablandırıb.

Jurnalistin, "Ankara ilə Dəməşq arasında hər hansı təmas və dialoq mümkündürmü?" sualına prezident "siyasətin qapıları hər zaman açıqdır" cavabını verib.

Ərdoğan Rusiya, İran və Türkiyənin ciddi səyləri nəticəsində Suriyanın ərazi bütövlüyünün qorunduğunu da söyləyib. O, ABŞ-ın da Suriya masasına zəmanətçi ölkə kimi qatılıb-qatılmayacağı barədə isə deyib: "Buna tək Türkiyə qərar verə bilməz. Çünki Astana prosesi üç zəmanətçi ölkədən — Rusiya, İran və Türkiyədə ibarətdir. 4-cü zəmanətçi ölkənin daxil edilib-edilməməsi barədə hələlik müzakirə aparmamışıq".

Xəbər lenti
0