BAKI, 24 noyabr — Sputnik. ABŞ yeni "F-35A Lightning II" tipli qırıcı-bombardmançı təyyarələrinin ilk dəfə olaraq xaricdə yerləşdirməsinə başlayıb.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri yeni "F-35A Lightning II" tipli qırıcı-bombardmançı təyyarələri ilk olaraq Yaponiyanın Okinava adasına göndərib.
Yerləşdirmədən sonra "F-35A" təyyarələri əməliyyatlara qatılacaq.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlamışdı: "Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər".