Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol polisi ilə bağlı daha bir qalmaqallı video ortaya çıxdı

© Sputnik / Murad OrujovСотрудники Дорожно-патрульной службы в Баку
Сотрудники Дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Videoda da görünür ki, sürücü, avtomobilinin qanunsuz yerə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmasından və bu zaman ona heç bir sənəd verilməməsindən şikayətçidir.

BAKI, 24 noyabr — Sputnik. Sosial şəbəkələrdə Dövlət Yol Polisinin (DYP) qanunlara riayət etmədiyini əks etdirən yeni video yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, Rauf Sultanov adlı vətəndaş bununla bağlı şəxsi "Facebook" hesabında video paylaşıb.

"Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 99-YP-442 nömrəli maşınında çalışan polis əməkdaşları Səbail rayonu ərazisində Bakı Şəhər Prokurorluğunun qarşısında idarə etdiyim avtomobili saxlayaraq içkili olub-olmadığımı yoxladılar. Cihaza nəfəsimi verdikdə içkili olduğum aşkarlandı" — deyə sürücü video-paylaşıma bu sözləri əlavə edib.

Vətəndaş bunun ardınca yazır: "Daha sonra Səhiyyə Nazirliyinin müvafiq mərkəzinin həkimi tərəfindən müayinə olundum və içkili olmadığım aşkarlandı. Həkim bu barədə sənəd təqdim etdi. Həmin sənəddə 0.24% içkililik göstərildi. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati məsuliyyət ancaq 0.30% çox olduqda yaranır. Bu zaman YPX əməkdaşlarından avtomobilimi tələb etdim. Qanun pozduqlarını dəfələrdə nəzərlərinə çatdırdım".

Videoda da görünür ki, sürücü, avtomobilinin qanunsuz yerə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmasından və bu zaman ona heç bir sənəd verilməməsindən şikayətçidir. Onun bu narazılığı qarşısında yol polisi əməkdaşı "Gedək yerində sənədini verək" cavabını verir.

Xəbər lenti
0