Qəfil yayımlanan video gündəmi qarışdırdı

Abunə olmaq
"Ayə, hara gedirsən, ayə?"

BAKI, 24 noyabr — Sputnik. AzTV-nin efirində qəribə anlar yaşanıb. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün AzTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinin qonağı olan Vüsal Rzasoy öz qeyri-adi ifası ilə tanaşaçıların və aparıcının təəccübünə səbəb olub. İfaçı "Ayə, hara gedirsən, ayə?" mahnısını gitara ilə oxumağa başlayıb.

Xatırladaq ki, Vüsal Rzasoy Pantomima Teatrının əməkdaşıdır.

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG) açıqlama verib. MZ productionun rəhbəri Üzlüfət Qasımova "Qafqazinfo"ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib. O, qeyd edib ki, sözügedən kadrlar AzTV-də getməyib.

"Proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinləyəndən sonra qərara aldıq ki, bu AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Həmin ifanı 20 gün əvvəl səhifədə yaymışıq" — Ü. Qasımova bildirib.

Ü. Qasımova qeyd edib ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Onun fikrincə "MAG" 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı.

Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir və onun çox peşəkar əcnəbi prodüseri var: " Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik".

Xəbər lenti
0