Fikrət Sadıxov: “Suriya böhranının həllində Rusiyanın çox böyük rolu oldu”
“Reallıq odur ki, Suriya böhranı müəyyən dərəcədə həll olundu”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
“Bu böhranın həll edilməsində Rusiyanın çox böyük rolu oldu. Ancaq tam əminliklə demək olmaz ki, bundan sonra Suriyada sülh və əminamanlıq olacaq. Əgər böyük dövlətlər Suriyadakı etnik qrupların maraqlarının təmin etməsələr yenidən böhran yarana bilər. Rusiya və ABŞ arasındakı razılaşmalar Suriyanın gələcəyini müəyyən edəcək” — deyə o bildirib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd terrorçularla mübarizədə uğurlar əldə edildiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını bildirib.