BAKI, 23 noyabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili, qarşıdakı həftələrdə Ukraynadan deportasiya ediləcək. Sputnik xəbər verir ki, bu barədə Ukrayna hökuməti qərar qəbul edib.
Məlumata görə, Saakaşvilinin deportasiyası xüsusi əməliyyat formatında həyata keçiriləcək. Yerli qəzetlər yazıb ki, artıq neçə gündür ki, gürcülərin Ukraynadan deportasiyası davam edir.
"Bu, həm də Saakaşvili ilə bağlı ola bilər. Yəqin ki, ona görə gürcüləri ölkədən çıxarırlar. Ancaq Saakaşvilini Gürcüstana yox, üçüncü ölkəyə deportasiya etməyə hazırlaşırlar" — deyə mətbuat yazıb.