BAKI, 23 noyabr — Sputnik. Millət vəkili Zahid Oruc, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, parlamentdə büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib ki, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələddir və onların problemlərinin həllində yaxından iştirak edə bilər.
Zahid Oruc Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını da təklif edib: "I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. Hesab edirəm ki, bu məbləğ artırılmalıdır".