BAKI, 23 noyabr — Sputnik. Moskvada azərbaycanlılara 86 il həbs cəzası veriblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gün Moskva məhkəməsi, "Zeynalovun dəstəsi" kimi təqdim olunun 6 azərbaycanlıya hökm oxuyub. Dəstə üzvləri oğurluqda ittiham edilir.
İttihama görə, Azərbaycan vətəndaşı Hüseyn Hüseynov, Fuad İsgəndərov, Namiq Abbasov, Şamo Salmanov və Qafar Əliyev Seymur Zeynalovun rəhbərliyi altında uzun müddət soyğunçuluqla məşğul olub. Onlar ümumilikdə 50 milyon rubl məbləğində soyğun həyata keçirməkdə günahlandırılırlar.
Dəstə üzvləri "Qarışıq silahlı qrupların (şəbəkələrin) yaradılması və ona qoşulması, "Oğurluq və odlu silah oğurluğu" maddələri ilə təqsirli bilinir.
Hökmə görə, Zeynalov 16 il, Hüseynov 15 il, İsgəndərov, Abasov, Əliyev 14 il, Salmanov isə 13 il həbs cəzasına məhkum edilib.