BAKI, 20 noyabr — Sputnik. İndoneziya parlamentinin spikeri Setyu Novanto həbs edilib. Sputnik Azərbaycan SBS-ə istinadən xəbər verir ki, Novanto, dövlətin 170 milyon dollara yaxın maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur.
Spiker Korrupsiyaya Qarşı Mübarizə Komissiyanın qərarı ilə həbs olunub. Məlumata görə, 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsini nəzərdə tutan layihəyə dövlət büdcəsindən ayrılan pulun mənimsənliməsində Setyu Novantonun da adı hallanır.