İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın VII əsrində meydana gəlib. "İslam" ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilib.
İslam dininə mənsub insanlara "müsəlman" deyilir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər.
İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır. Məscid namaz qılınan məkanı ifadə edir.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada bu din və onun ardıcılları barədə bir sıra maraqlı faktlarla tanış ola bilərsiniz.