Azərbaycan hökumətinə səkkiz gün vaxt verildi

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Büdcəyə təklifləri qiymətləndirmək üçün hökumətə vaxt verilib

BAKI, 23 noyabr — Sputnik. 2018-ci ilin büdcə zərfi ilə əlaqədar Milli Məclisdə səsləndirilən təklifləri qiymətləndirmək üçün Azərbaycan hökumətinə 8 gün vaxt verilib.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda son üç ilin ən böyük dövlət büdcəsi - Məbləğ açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər. Dekabrın 1-də dövlət büdcəsinin layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan məsələlər müzakirə olunub. İclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
İclasda "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək. Bundan başqa, plenar iclasda Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılıb.
Xəbər lenti
0