CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini pensiyaların nə qədər artırılacağını açıqladı

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn il əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək

BAKI, 23 noyabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır. Bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur.

Pul sayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maaş və pensiyalar artırılacaq

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır.

Nazir müavini bildirib ki, gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə 1,9 mln. manat artım gözlənilir. Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur.

"2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək" — İsayev bildirib.

O, qeyd edib ki, 2018-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 mln. manatdır:"Bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 15,6% və ya 16,3 mln. manat azdır. Bu azalma "İşsizlikdən sığorta haqqında" qanununun qüvvəyə minməsi ilə əlaqədar 2018-ci ildən etibarən işsizliyə görə müavinət xərclərinin Fondun büdcəsi üzrə sosial sığorta haqları hesabına maliyyələşən xərclərin tərkibindən çıxarılaraq işsizlikdən sığorta fondunun büdcəsinə keçirilməsi ilə bağlıdır.

"2018-ci ildə digər xərclər 83,7 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 2,3 faiz və ya 1,9 milyon manat çoxdur" — deyə nazir müavini əlavə edib.

Xəbər lenti
0