Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu dərmanların istifadəsinə qadağa qoyulacaq

© Sputnik / Aleksey Sazonov / Mediabanka keçidAptek, arxiv şəkli
Aptek, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb işçilərinin fikrincə, gənc xəstələrdə " Tamiflu", " Oseltamivir", "Laninamivir" və " Relenza" dərmanlarının qəbulundan sonra belə hallar müşahidə edilir

BAKI, 23 noyabr — Sputnik. Yaponiyanın Səhiyyə Nazirliyi yaxın günlərdə vaxtlarda qrip əleyhinə bir sıra dərmanların qadağan edilməsi barədə qərar qəbul etməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qərarın verilməsinə səbəb xəstəxanalarda xəstələrin bu dərmanları qəbul etdikdən sonra nümayiş etdirdikləri "qəribə davranışlar" olub.

2016-cı qripəleyhinə drəmanlar qəbul edən uşaqlar və gənclərin əksəriyyəti özünü normal aparmayıb, dərmanın qəbulundan sonra qaçmağa, pəncərədən tullanmağa çalışıblar. Bildirilri ki, ötən il Yaponiyada 54 belə fakt qeydə alınıb.

Tibb işçilərinin fikrincə, gənc xəstələrdə "Tamiflu", "Oseltamivir", "Laninamivir" və "Relenza" dərmanlarının qəbulundan sonra belə hallar müşahidə edilir.

Yaponiya Səhiyyə Nazirliyi məsləhət görür ki, bu dərmanları qəbul edən xəstələrin harda olması, hansı preparatı qəbul etməsi, açıq və ya bağlı qapı arxasında olması nəzarətdə saxlanılacaq. Və bundan sonra belə xəstələr birinci mərtəbələrdə yerləşən palatalrda müalicə ediləcək. Xatırladaq ki, Yaponiyada "Tamiflu" dərmanı uzun müddətdir ki, yeniyetmələr üçün yazılır. İlk qəribə davranış isə 10 il bundan əvvəl qeydə alınıb.

Xəbər lenti
0