Bu gün ölkəmizdə mühüm qərarlar qəbul oluna bilər

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов
Пачки азербайджанских манатов - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentdə büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam edir

BAKI, 23 noyabr — Sputnik. Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam edir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda son üç ilin ən böyük dövlət büdcəsi - Məbləğ açıqlandı

İclasda "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək. Bundan başqa, plenar iclasda Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.

Qeyd edək ki, dünən Milli Məclisin spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsini davam etdirib. Müzakirələrə yekun vuran Oqtay Əsədov bildirib ki, komitə iclaslarında 37, plenar iclaslarda 44 deputat 2018-ci ilin dövlət büdcəsinin layihəsinə dair fikirlərini açıqlayıb, təkliflərini diqqətə çatdırıb. Digər deputatlar da çıxışlarını yazılı olaraq katibliyə təqdim edə bilərlər.

Xəbər lenti
0