BAKI, 23 noyabr — Sputnik. "Avropa İttifaqı ilə əməkdaşlıq Şərq Tərəfdaşlığı Proqramına qoşulmuş ölkələr üçün əhəmiyyət kəsb edir".
Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə politoloq Zaur İbrahimli deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda balanslı siyasətini qoruyur.
"Əvvəlki dövrdə Şərq Tərəfdaşlığı Proqramında strateji xətaya yol verilmişdi. Fərqliliklərə baxmayaraq Avropa İttifaqı öz şərq sərhədlərində Avropa dəyərlərinin təbliğ olunmasını əsas götürür" — İbrahimli bildirib.
"Azərbaycanın Avropa İttifaqı ilə ticari əməkdaşlığı yüksək səviyyədədir. Biz bunu irimiqyaslı layihələrin gerçəkləşməsində göstərilən siyasi və iqtisadi dəstəkdə görə bilərik" — politoloq əlavə edib.