Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan xalq artistinin Türkiyəyə səfəri təxirə salınıb

CC0 / Samueles / IstanbulЛюди на улице Истикляль в Стамбуле, фото из архива
Люди на улице Истикляль в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti: "Mənə dedilər ki, həmin nevropatoloq iki-üç günə Bakıya gələcək"

BAKI, 22 noyabr — Sputnik. Xalq artisti, məşhur aktyor Rasim Balayevin Türkiyəyə səfəri təxirə salınıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Rasim Balayev özü məlumat verib.

O qeyd edib ki, müalicə üçün müraciət etdiyi həkim yaxın günlərdə Bakıya gələcək: "Mənə dedilər ki, həmin nevropatoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam".

R. Balayev əlavə edib ki, müalicə xərcləri dövlət tərəfindən ödənəcək: "Yəqin ki, böyük xərc olmayacaq. Amma dedilər, bütün problemlərim diqqət mərkəzində olacaq, nə lazımdırsa, edəcəklər".

Xəbər lenti
0