BAKI, 22 noyabr — Sputnik. Beynəlxalq Haaqa Məhkəməsi “Bosniya qəssab”ı ləqəbi ilə tanınan Yuqoslaviya ordusunun komandanı Ratko Mladiçi ömürlük azadlıqdan məhrum edib. Sputnik xəbər verir ki, məhkəmə Mladiçin müsəlmanlara qarşı soyqırım törətdiyinə qərar verib.
Srebrenitsadakı müsəlman qətliamının əsas təşkilatçılarından olan Ratko Mladiç, insanlığa qarşı cinayət və müharibə qanunlarını pozmaqda təqsirli bilinib.
Xatırladaq ki, Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu 1995-ci il iyulun 11-də BMT sülhməramlılarının nəzarəti altında olan şəhərə ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib. İndiyə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində isə hələ də xəbər yoxdur.