Qadın evini 36 milyon manata satdı

© ASIAWİREÇinli qadının evi
Çinli qadının evi - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük bir layihənin ortasında qalan binasını illərdir satmayan çinli qadın nəhayət, razılaşmaq qərarına gəlib

BAKI, 22 noyabr — Sputnik. Çinin Şenzen şəhərində böyük bir nəqliyyat, mənzil və kommersiya layihəsinin ortasındakı binasını illərdir inşaat üçün verməyən çinli bir qadın təqribən 36 milyon manat miqdarında razılaşmadan sonra binanın sökülməsinə icazə verib.

Sputnik Azərbaycan "Habertürk"-ə istinadən xəbər verir ki, Yang adlı qadın şəhərin ən böyük stansiyası daxil olmaqla, bir çox tikilinin yüksələcəyi ərazidə 120 kvadratmetr ərazidə yerləşən 7 mərtəbəli binasının dağıdılmaması üçün 7 ildir ki müqavimət göstərirdi.

Qadına verilən ilk təklif isə Azərbaycan manatı ilə götürsək, 5 milyon AZN olub.

Xəbər lenti
0