BAKI, 22 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu iclasda da "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam edəcək.
İclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələrinə baxılacaq.
İclasda "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.
Bundan başqa, plenar iclasda Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.
Qeyd edək ki, dünən parlamentin plenar iclasında bu məsələlər müzakirə edilib. Sabah da bu 7 məsələnin müzakirəsi davam edəcək.