CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda belə xeyirxah adamlar da var...

© Sputnik / Ilham MustafayevVaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri
Vaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevir sakini yaşadığı binanın ətrafını öz vəsaiti hesabına gülüstana çevirib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Vaqif Hüseynov Mingəçevirin Təbriz küçəsində yerləşən çoxmənzilli binaların birində yaşayır. İki ildən artıqdır ki, maraqlı və cəmiyyət üçün faydalı bir işlə məşğuldur.

© Sputnik / Ilham MustafayevVaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri
Vaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri - Sputnik Azərbaycan
Vaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri

Təbiət həvəskarı olan şəhər sakini, binanın arxasında olan boş ərazini tullantılardan təmizləyərək burda həmişəyaşıl və gül kolları əkib. Yəni, yararsız ərazini öz vəsaiti hesabına gülüstana çevirib.

Bundan başqa, Vaqif Hüseynov quşların qışlaması, artım etməsi üçün xüsusi evciklər hazırlatdırıb. Evcikləri ərazidə olan hündür ağacların üzərinə bərkidib.

© Sputnik / Ilham MustafayevVaqif Hüseynov
Vaqif Hüseynov - Sputnik Azərbaycan
Vaqif Hüseynov

Vaqif Hüseynov Sputnik Azərbaycan-a danışır ki, həmin ərazi qabaqlar bərbad vəziyyətdə olub: "Yolun, küçənin zibilini külək bura doldururdu. Hər dəfə eyvana çıxanda gördüyüm mənzərə mənə narahatlıq verirdi. Ona görə qərara gəldim ki, buranı abadlaşdırım".

"Əvvəl böyük çinar ağaclarının aralarına çəpər kimi həmişəyaşıl kollar basırdım. Aralarına isə çoxillik gül bitkiləri əkdim. Sağ olsun qonşular da, kömək etdilər müəyyən qədər. İndi yaz vaxtı burada gözəl güllər açır, quşlar oxuyur, bir sözlə, adamın könlü açılır" — o bildirir.

Həmsöhbətimiz, onun quraşdırdığı evciklərin "sakinlərinin", daha çox sərçələr olduğunu deyir: "Bundan başqa, qaratoyuq, sığırçın quşları da gəlib hazır yuvalardan istifadə edir".

© Sputnik / Ilham MustafayevVaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri
Vaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri  - Sputnik Azərbaycan
Vaqif Hüseynovun yaşadığı binanın həyətində apardığı abadlıq işləri

Vaqif kişi, Allahın köməyi ilə, qışa kimi yaşıllıq ərazini daha da genişləndirmək fikrindədir. Bunun üçün əziyyət çəkib vəsait xərcləsə də, gördüyü işdən aldığı zövqün daha dəyərli olduğunu deyir…

Xəbər lenti
0