CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil almaq istəyənlərə bəd xəbər: Qiymət beş qatına çıxacaq

CC0 / SplitShire / DrivingВодитель и пассажир в салоне автомобиля, фото из архива
Водитель и пассажир в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyəri 16 min manatolan avtomobili 80840 manat 99 qəpikə ala biləcəksiniz

BAKI, 22 noyabr — Sputnik. Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödəniləcək gömrük və vergi xərcləri çox baha başa gələcək. Sputnik Azərbaycan xəbər verir ki, "VIP Escort" MMC-nin direktoru Rəşad Quliyev "Facebook" hesabında belə paylaşım edib.

O, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə edib. Məlum olub ki, 2018-ci ildə, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manat 99 qəpiyə başa gəlir. Buraya aşağıdakılar daxildir:

Aksiz vergisi – 59120 manat

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat

Əməliyyat haqqı – 100 manat

Vəsiqə haqqı 20 manat

ƏDV 14790 manat 13 qəpik

Elektron gömrük xidmətinin göstərilməsinə görə – 30 manat

Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik

Cəmi: 80840 manat 99 qəpik.

Xəbər lenti
0