BAKI, 22 noyabr — Sputnik. İŞİD terror təşkilatının sıralarına qoşulmuş 6 mindən çox gənc terrorçu-kamikadzeyə çevrilib.
APA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymaninin İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı İranın Ali lideri Ayətullah Xameneiyə ünvanladığı məktubunda bildirib..
General qeyd edib ki, 6 mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində özlərini partladıblar: “Bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid olub”.