CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bir ildə 1000-1300 manat vəsaitlə QHT-lər hansı işlər həyata keçirə bilərlər"

© Photo : TRENDAzay Quliyev - deputat, Azərbaycan Respublaikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri
Azay Quliyev - deputat, Azərbaycan Respublaikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Azay Quliyev: "Əgər verilən vəsaiti QHT-lər arasında bölsək, hər bir QHT-yə 1000-1300 manat vəsait düşür. 1 il ərzində bu vəsaitlə QHT-lər hansı işlər həyata keçirə bilərlər"

BAKI, 22 noyabr — Sputnik. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılıb. Təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Yəni, əvvəlki 5 milyon manat vəsait qalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib.

O, düşünür ki, bu məsələyə ciddi yanaşmalıyıq: "Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyata alınıb. Əgər verilən vəsaiti QHT-lər arasında bölsək, hər bir QHT-yə 1000-1300 manat vəsait düşür. 1 il ərzində bu vəsaitlə QHT-lər hansı işlər həyata keçirə bilərlər".

Onun sözlərinə görə, həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur: "Manatın devalvasiyasından sonra baş vermiş dəyişikliklər bizim xərclərimizi ikiqat artırır. Ona görə də hesab edirəm ki, biz bunlara çox böyük diqqətlə yanaşmalıyıq".

A.Quliyev qeyd edib ki, 2018-ci il önəmli hadisələrlə və siyasi tədbirlərlə zəngindir: "Gələn il AXC-nin 100 illik yubileyini və ulu öndər Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda, 2018-ci ilin oktyabrında prezident seçkilərinin keçirilməsi gözlənilir. Hər kəs bilir ki, QHT-lər bu proseslərdə aktiv rol oynayırlar. Hesab edirəm ki, bu məsələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq".

Xəbər lenti
0