Elxan Ələsgərov: “NATO-dan çıxmaq üçün Türkiyənin istəyi olmalıdır”
“Türkiyənin NATO-dan çıxması üçün bütün ölkələrin razılığı lazımdır”. Bu Sputnik Azərbaycan-a açıqlamasında “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
“Bu məsələdə birinci Türkiyənin istəyi olmalıdır. Onların arasında müəyyən vaxtlarda gərginliklər olub. Türkiyənin yaxın gələcəkdə NATO-dan çıxma ehtimalı yoxdur” — deyə o bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan NATO-nun havadan müdafiə sahəsində Ankaraya yardım etməkdən imtina etməsini şərh edərkən bunun Alyansa etibar etməkdə ciddi suallar doğurduğunu bildirib.