CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərlə bağlı inqilabi təklif: Çoxillik həsrətə son qoyulur

© Sputnik / Irade JELILBakıda "gecəqondu" tipli evlər, arxiv şəkli
Bakıda gecəqondu tipli evlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi var. "İstanbul böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar"

BAKI, 21 noyabr — Sputnik. "Hər kəs bilir ki, elmi işçilərin məvacibləri çox azdır. Gələn il üçün hökumət 7 faizə qədər inflyasiya proqnozlaşdır. Ona görə də bu işçilərin vəziyyətinin necə ağır olacağını indidən demək olar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.

O, əlavə edib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını yükdən azad etmək lazımdır: "Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi var. "İstanbul böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir. Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmaq vacibdir. Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb. Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür".

Millət vəkili vətəndaşların "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib: "Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun".

Millət vəkili onu da qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: "Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik".

Xəbər lenti
0