Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Meyvə-tərəvəzdən nə qədər gəlir əldə etmişik?

© Sputnik / Murad OrujovTəzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli
Təzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meyvə-tərəvəz istehsalı keçən illərə nisbətən artıb

BAKI, 21 noyabr — Sputnik. Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Britaniyanın Uorik Universitetinin apardığı tədqiqatın nəticələri Nature Communications-da dərc edilib.

Avokado - Sputnik Azərbaycan
HADİSƏ
Ölkəyə gətirilən meyvədə xəstəlik aşkarlandı

Nar, qırmızı üzüm, armud, göbələk, mərcimək, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi effektə malikdir.

Uorik Universitetinin mütəxəssisləri Britaniya hökumətinə, sadalanan məhsulların orqanik növlərinin başqa ölkələrdən idxalını təklif ediblər. Onlar xüsusilə narın xərçənglə mübarizədə əvəzsiz meyvə olduğunu irəli sürüblər.

Nəzərə alsaq ki, Azərbaycanda sadalanan bitkilərin, xüsusilə də narın təbii növlərinə (GMO olmayan) daha çox rast gəlinir, alimlərin bu təklifi bizim üçün də cəzbedici ola bilər. Bəs onlar hansı ölkələrə ixrac edilir? Bu məhsulların ixracından nə qədər gəlir götürülür? Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında qeyd edib ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ixracat 374.8 milyon ABŞ dolları həcmində olub: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.4 faiz çoxdur. İxracın əsas hissəsini meyvə-tərəvəz təşkil edir".

"Belə ki, meyvə-tərəvəz məhsullarının ixracı haradasa 41.5 faiz artaraq 306.5 milyon ABŞ dolları olub. 69.7 faiz tərəvəz, 15.8 meyvə ixracında artım olub" — M. Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan meyvə və tərəvəz məhsullarını konservləşdirilmiş şəkildə ən çox Yeni Zelandiyaya, Niderlanda, Qətərə, Almaniyaya, ABŞ-a, Avstraliyaya, BƏƏ-yə ixrac edir: "Təbii halda isə MDB ölkələrinə, Rusiya, Gürcüstan, İran, İsrail, Fransa kimi ölkələrə göndərilir".

Xəbər lenti
0