Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Quba rayonunda 3 gün əvvəl itkin düşən şəxs tapılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni noyabr ayının 18-in də saat 16:00 radələrində Quba Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinə gəlib, lakin çıxdıqdan sonra evə geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.