BAKI, 21 noyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.
İlk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə ediləcək.
"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələrinə baxılacaq.
İclasda "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.
Bundan başqa, plenar iclasda Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.
İclasda baş nazir Artur Rasizadə və hökumət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, noyabrın 22-23-də də bu 7 məsələ müzakirə ediləcək.