CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucuzlaşma xəbəri təsdiqini tapmadı, əksinə...

© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Mövsümi şərtlər və qarşıdan yeni ilin gəlməsi ilə bağlı qiymətlərin artması ehtimalı daha çoxdur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Bu günlərdə mal ətinin qiymətinin ucuzlaşması barədə yerli mətbuatda xəbərlər yayılmışdı. Bildirilirdi ki, ətin qiymətinin 1-2 manat ucuzlaşmasının səbəb alıcı gücünün az olmasından irəli gəlir.

Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtın bir neçə ərazisində olub və qiymətlərlə maraqlanıb. Bakının bir neçə qəsəbəsində — Nardaran, Maştağa və Bilgəhdə 1 kiloqramı 10 manata, Zabratda 11 manata satılan sümüksüz mal ətinin şəhərdəki qiyməti 11.5 — 12 manat arasındadır.

Satıcıların sözlərinə görə, ətin qiymətini diri heyvanın satış qiyməti müəyyənləşdirir. Diri heyvan satan Samir Babayev deyir ki, hazırda heyvan yeminin qiyməti artır: "Mən heyvan sahibi olaraq, yemini baha qiymətə alıb yedirzdirdiyim heyvanı niyə ucuz satmalıyam? İndi elə dövrdür ki, qiyməti bazar tənzimləyir və bütün ərzaq məhsullarının qiymətləri, hardasa bir-biri ilə uyğundur".

© Sputnik / Ismail RafigogluƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
1/6
Ət kəsimi
© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
2/6
Ət kəsimi
© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
3/6
Ət kəsimi
© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
4/6
Ət kəsimi
© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
5/6
Ət kəsimi
© Sputnik / Irade JELILƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
6/6
Ət kəsimi
1/6
Ət kəsimi
2/6
Ət kəsimi
3/6
Ət kəsimi
4/6
Ət kəsimi
5/6
Ət kəsimi
6/6
Ət kəsimi

Satıcı İslam İsmayılov da ətin ucuzlaşacağı barədə gəzən xəbərlərə inanmır: "Əksinə, ətin bahalaşacağını düşünürəm. Ümumiyyətlə, qış aylarında bütün ərzaq məhsulları bahalaşır. Ət də bahalaşacaq. Fikrimcə, bir kilosu 13 manata qədər bahalaşacaq (Hazırda həmin mağazada ət 11.5 manata satılır — İ. C.)".

Satıcı bildirir ki, hazırda ətin ucuzlaşmasından söhbət gedə bilməz: "Bunu kimsə edə bilməz. Əgər mən mal-qaranı baha alıramsa, əti ucuz verməyim mümkün deyil. Eləcə də heyvan sahibi, heyvanı saxlamaq çox baha başa gəlirsə, niyə onu ucuz satmalıdır?"

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Sputnik Azərbaycan-a deyir ki, bazarda ətin qiyməti Nazirlik tərəfindən tənzimlənmir: "Mən özüm də qiymətlərdə 50 qəpik — 1 manat ucuzlaşma müşahidə edirəm. Amma bizim Nazirlik bu məsələni tənzimləmir. Bazar iqtisadiyyatı olduğu üçün qiymətləri bazar tənzimləyir. Ətin ucuzlaşması da, bahalaşması da bazardan asılıdır".

İqtisadçı-ekspert Natiq Cəfərlinin Sputnik Azərbaycan-a şərhinə görə, ətin ucuzlaşması ilə bağlı tirajlanan məlumatlar reallığı əks etdirmir: "Yarmarkalarda keyfiyyətsiz ətin ucuz satılması və regionlarda ətin 50 qəpik — 1 manat ucuzlaşması müşahidə edildi. Bu da regionların alım gücü ilə, Bakının alım gücü arasındakı fərqdən qaynaqlanırdı. İnsanların maddi durumu, alım gücü, vəsaitlərinin çatışması nöqteyi-nəzərindən Bakı hər zaman regionlardan üstün olub".

Yağ, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yağın qiyməti ucuzlaşacaq - Rəsmi

Ekspert bildirir ki, ətin qiymətinin ucuzlaşması və ucuzlaşacağı ilə bağlı heç kimin göstəriş vermək haqqı yoxdur: "Çünki Azərbaycanda bazar iqtisadiyyatı qaydaları işləyir. İstənilən məhsulun qiymətinin ucuzlaşması üçün rəqabətin artması və daha çox məhsulun istehsal edilib, bazara çıxarılması lazımdır. Bu yolla qiymətlərə təsir göstərmək olar".

"Dövlət idxal məhsullarında gömrük rüsumunun qiymətinin azaldılması ilə bağlı qərar verərək, məhsulların qiymətini ucuzlaşdıra bilər. Necə ki, yağın gömrük rüsumu 15 faizdən 5 faizə endirildi. Bu da 50 qəpik — 1 manat fərq edir ki, dekabrdan yağın qiymətində özünü biruzə verə biləcək" — Cəfərli vurğulayır.

"Bundan başqa, dövlət vergi güzəştləri tətbiq edə bilər. Başqa cür göstəriş vermək nə doğrudur, nə də mümkün. Sovet dövründə bunun hansı fəsadlara gətirib çıxardığını görmüşük. Bazar qaydaları işləmədikdə piştaxta altından satışlar artır" — ekspert əlavə edir.

Qiymətlərin ucuzlaşmasına gəldikdə, iqtisadçı bu ehtimalı real hesab etmir: "Əksinə, mövsümi şərtlər və qarşıdan Yeni ilin gəlməsi ilə bağlı qiymətlərin artması ehtimalı daha çoxdur. Çünki təbii yem mövsümün təsiri ilə azalır və daha da azalacaq. Mal-qara saxlayanlar yem almağa məcbur qalır və yemin qiyməti də artır. Bu da o deməkdir ki, mal-qara saxlayanlar daha çox vəsait xərcləməli olacaqlar. Onu da deyim ki, yemin qiyməti son bir ildə 2 dəfəyə yaxın qalxıb. Bu da ətin qiymətinə, təbii ki, təsir edəcək".

Xəbər lenti
0