Parlamentə yeni spiker seçildi

© sakarya54İsmayıl Qəhrəman - TBMM-in sədri
İsmayıl Qəhrəman - TBMM-in sədri - Sputnik Azərbaycan
Abunə olmaq
İlk iki turda yeni sədri seçmək mümkün olmayıb

BAKI, 20 noyabr — Sputnik. Türkiyə parlamentində yeni sədr seçkisi keçirilib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb. Xəbərə görə, hazırki sədr, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat İsmayıl Kahraman yenidən Böyük Millət Məclisinin spikeri seçilib.

İlk iki turda yeni sədri seçmək mümkün olmayıb. Birinci turda İ.Kahraman 260, T.Dağlı 38, Z.Temizel 113, C.Adan 40, Y.Halaçoğlu 6, Selma Irmak 39 səs qazanıb. Birinci turda heç bir namizəd lazım olan 367 səsi toplaya bilmədiyinə görə parlament sədrini seçmək mümkün olmayıb.

İkinci turda isə İ.Kahraman 257, Z.Temizel 122, S.Irmak 38, C.Adan 40, Y.Halaçoğlu 7, T.Dağlı 37 səs toplayıb. İkinci turda da namizdələrin heç biri 367 səsi toplaya bilmədiyindən 3-cü tur keçirilib.

İkinci tur başa çatandan sonra T.Dağlı namizədliyini geri götürüb.

Səsvermənin üçüncü turunda 289 millət vəkilinin dəstəyini qazanan İsmail Kahraman yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Qeyd edək ki, İsmail Kahraman 1940-cı il dekabrın 7-də Rizə şəhərində anadan olub. İstanbul Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, ilk dəfə 2015-ci il noyabrın 2-də 316 səs alaraq, parlamentə sədr seçilib.

Xəbər lenti
0