BAKI, 20 noyabr — Sputnik. 2018-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar — Yeni il bayramı qeyri-iş günüdür.
31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3 yanvar qeyri-iş günü olacaq. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (30 dekabr — şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.