Azərbaycanlılar bu qara günü heç vaxt unutmayacaqlar

© Sputnik / Anar MustafayevРабочее место в офисе, фото из архива
Рабочее место в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 22 nəfər həlak olub

BAKI, 20 noyabr — Sputnik. Düz 26 il əvvəl bu gün Azərbaycanın tanınmış şəxslərinə qarşı dəhşətli təxribat törədilib. Belə ki, 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində, erməni hərbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulub. Həmin gündən sonra 20 noyabr günü azərbaycanlıların yaddaşında "Qarakənd faciəsi" kimi qalıb.

CC0 / Azerifactory / Osman Mirzəyev01"Qarakənd faciəsi"
Qarakənd faciəsi - Sputnik Azərbaycan
"Qarakənd faciəsi"

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan "Mİ-8 N72" helikopteri, 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Sanlal Serikov və Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev volub. Ümumilikdə hadisə nəticəsində 22 nəfər həlak olub.

Xəbər lenti
0