İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində aliminium məmulatları qəbul və istehsal edən müəssisədə partlayış olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Ölən şəxs Məmmədov Bəhmən Heydər oğlu oludur. Müəssisədə fəhlə işləyən şəxsin meyiti morqa aparılıb.
Yaxınlıqdakı qəbirstanlıqda çalışanların Sputnik Azərbaycan-a danışdırlarına görə, hadisə səhər saatlarında baş verib: "Bir nəfər öldü, birini də ağır yaralı çxıardılar".
"Düzü, burada belə hadisələr baş vermir. İlk dəfə idi ki, belə bir hal baş verirdi. Deyirlər, güua qaz balonu partalyıb. Amma hələ ki, dəqiq səbəb bilinmir" — deyə işçilər bildirdilər.
Onların sözlərinə görə, müəssisə türkiyəli iş adamına aiddir. Və 5-6 il olar ki, burada fəaliyyət göstərir.
Zavodun ərazisinə daxil olmaq istəsək də, mühafizəçilər, bunun üçün xüsusi icazə vərəqəsi tələb etdilər. Bildirdilər ki, ərazi KİV-ə qapalıdır.
Qeyd edək ki, hadisədən sonra müəssisənin qapıları bağlanıb və içəri heç kəs buraxılmır. Partlayış olan ərazidə araşdırma aparılır.